Modern.az

Avropa İttifaqı Çinin “sülh planı”nı QƏBUL ETMƏDİ

Avropa İttifaqı Çinin “sülh planı”nı QƏBUL ETMƏDİ

Dünya

27 Fevral 2023, 13:04

"Çinin "sülh planı" qurbanı və təcavüzkarı eyni səviyyəyə qoyur".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

 

"Əslində bu, sülh planı deyil və Çinin məlum mövqeyinin təkrarlanmasından ibarətdir. Bəzi hissəsini bölüşürük, bir neçə vacib məqam isə əskikdir. Əlbəttə, biz bunu təhlil edəcəyik, lakin məsələ artıq aydındır. Əsas problem odur ki, Çinin "sülh planı" təcavüzkarı qurbandan ayırmır, tərəfləri eyni səviyyəyə qoyur”, - Borrel əlavə edib.

 

Qeyd edək ki, Çinin sülh təklifi rəsmi Kiyev tərəfindən də tənqid olunmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?