Modern.az

Müharibənin gedişatını dəyişdirmək üçün... - Budanov

Müharibənin gedişatını dəyişdirmək üçün... - Budanov

Dünya

28 Fevral 2023, 09:10

"Müharibənin gedişatını dəyişdirmək üçün silah təchizatını gücləndirməliyik".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna kəşfiyyatının rəhbəri Kiril Budanov deyib.

 

Kəşfiyyat rəhbərinin sözlərinə görə, hərbi yardımın hazırkı tempi və həcmi hələ də kifayət qədər deyil. Budanov vurğulayıb ki, söhbət artıq tərəfdaşların tədarük edəcəyi silahlardan, həmçinin hücum təyyarələrindən gedir.

 

"Məncə, bizə hücum təyyarələri lazımdır. Hücum təyyarələri dedikdə, ilk növbədə bunlar ABŞ istehsalı olan A-10, "Thunderbolt II" təyyarələridir. Bunlar yerə zərbə endirmək üçün nəzərdə tutulmuş hava platformalarıdır”,- deyə o əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu