Ermənistanın müdafiə naziri Suren Papikyan toplantı keçirib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
O, silahlı qüvvələrdə “dedovşina”ya və smartfonlardan istifadəyə qarşı mübarizəni gücləndirməyi tapşırıb. Belə ki, Papikyan hərbi birləşmələrin birində keçirdiyi görüşdə hərbi polisə smartfonların orduda istifadə olunmasını "istisna etmək və bunun üçün radikal addımlar atmaq" barədə göstəriş verib.
"Və "Dedovşinaya" gəldikdə isə bunun əsl səbəblərini müəyyən etmək və ləğv etmək lazımdır", - deyə erməni nazir əlavə edib.