Modern.az

Şoyqu və Papikyanın müavinləri Moskvada görüşdü - FOTO

Şoyqu və Papikyanın müavinləri Moskvada görüşdü - FOTO

Dünya

28 Fevral 2023, 15:35

Rusiya və Ermənistan müdafiə nazirlərinin müavinləri görüş keçiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, görüş Rusiyanın paytaxtı Moskva şəhərində baş tutub. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Aleksandr Fomin və Ermənistan MN-in başçısı Suren Papikyanın müavini Karen Brutyan regional təhlükəsizlik, hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

Qeyd edilib ki, görüş Brutyanın Rusiyaya səfəri çərçivəsində baş tutub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu