Mərkəzi Asiya ölkələri və ABŞ dövlət katibinin C5+1 formatında görüşü baş tutub.
Modern.az "Kazinform" agentliyinə istinadən xəbər verir ki, görüş Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilib.
Toplantıda bu ölkədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken, Qazaxıstan XİN başçısı Muxtar Tleuberdi, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov, Türkmənistanın baş nazirinin müavini və XİN rəhbəri Reşit Meredov, Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulabayev, habelə Tacikistanın XİN başçısı Sirociddin Muhriddin iştirak ediblər.
Görüşdə ABŞ və region ölkələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Daha sonra ABŞ dövlət katibinin XİN başçıları ilə ayrılıqda görüşlər keçirməsi də nəzərdə tutulub.