Modern.az

Zəlzələdən sonra 42 min suriyalı vətəninə dönüb - AKAR

Zəlzələdən sonra 42 min suriyalı vətəninə dönüb - AKAR

Dünya

28 Fevral 2023, 16:03

Türkiyənin milli müdafiə naziri Hulusi Akar zəlzələdən sonra ölkəsinə qayıdan suriyalı qaçqınların sayı ilə bağlı son rəqəmi açıqlayıb.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, qaçqınların könüllü şəkildə Suriyaya geri döndüyünü xüsusi vurğulayıb.

 

"Kahramanmaraş mərkəzli zəlzələdən sonra 42 min suriyalı öz xoşu ilə vətəninə qayıdıb", - deyə nazir bildirib.

 

Akar ordunun zəlzələ ilə bağlı gec müdaxilə etməsi barədə deyilənlərə də yenidən münasibət bildirib: "Kənardan danışmaq asandır. Bəs sərhədləri kim qorusun, Suriyaya kim getsin. Məlumatlar həqiqəti əks etdirmir".

Bu xəbər ilə bağlı
Zəlzələdən sonra 40 min suriyalı Türkiyəni tərk edib
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu