Modern.az

Naməlum PUA “Qazprom” obyektinin yaxınlığına düşdü

Naməlum PUA “Qazprom” obyektinin yaxınlığına düşdü

Dünya

28 Fevral 2023, 16:07

Rusiyanın Moskva vilayətinin Qabastovo kəndində yerləşən “Qazprom”a məxsus qaz-kompressor stansiyasından 100 metr kənara PUA düşüb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, onun haradan gəldiyi və kimə məxsus olduğu məlum deyil.

 

Dronun düşməsi nəticəsində partlayış baş verməyib, tələfat və ya dağıntı olmayıb. Hadisə yerində istehkamçılar və əməliyyat xidmətinin əməkdaşları işləyirlər.

 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu