Modern.az

Xaçaturyan Gürcüstan səfiri ilə görüşdü - Nədən danışdılar?

Xaçaturyan Gürcüstan səfiri ilə görüşdü - Nədən danışdılar?

Dünya

28 Fevral 2023, 16:22

Ermənistan prezidenti Vahaqn Xaçaturyan Gürcüstanın İrəvana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Georgi Şarvaşidze ilə görüşüb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə mövzusu olub.

 

"Gürcüstanla münasibətlər Ermənistanın xarici siyasətində xüsusi yer tutur. Əlaqələrin inkişafı, iqtisadi, siyasi və mədəni sahələrdə gücləndirilməsi prioritet təşkil edir. Ermənistan-Gürcüstan münasibətləri səviyyəsi nümunə ola bilər", - deyə Xaçaturyan söyləyib.

 

Səfir isə qeyd edib ki, biznes dairələri arasında təmasları stimullaşdırmaq və gənclər dialoqu üzərində işləmək lazımdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu