Modern.az

Zəlzələdən sonra 22 nəfər vəbadan ölüb

Zəlzələdən sonra 22 nəfər vəbadan ölüb

28 Fevral 2023, 17:14

Suriyanın şimalında fevralın 6-da baş verən zəlzələdən sonra bölgədə vəba xəstəliyi yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Suriya müxalifətinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, zəlzələdən sonra ölkənin şimal-qərb bölgəsində vəba epidemiyası nəticəsində 22 nəfər ölüb.

 

Məlumata görə, zəlzələ nəticəsində su sistemlərinə və infrastruktura ciddi ziyan dəyib və nəticədə vəba sürətlə yayılıb. Zəlzələdən sonra ümumilikdə 568 nəfərdə vəba aşkarlanıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu