Modern.az

Çindən Ermənistana 100 milyonluq YARDIM

Çindən Ermənistana 100 milyonluq YARDIM

28 Fevral 2023, 18:15

Çin Ermənistana 100 milyon yuan (14,5 milyon dollardan çox) yardım verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan məlumat verib.

 

O qeyd edib ki, yarım Ermənistan və Çin arasında imzalanan texniki-iqtisadi əməkdaşlıq haqqında sazişin ratifikasiyasından sonra veriləcək.

 

“Vəsait Ermənistan İctimai Televiziya Şirkətinin yayım zalının layihələndirilməsi və tikintisinə, eləcə də digər birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək”, - Səfəryan qeyd edib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu