Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandıran qanunu imzalayıb.
Modern.az xəbər verir ki, sənəd rəsmi dərc edildiyi gündən qüvvəyə minib.
Bildirilir ki, ölkənin START-da iştirakının bərpası barədə qərarı Rusiya Prezidenti verə bilər.
Qeyd edək ki, fevralın 21-də Vladimir Putin Rusiyanın START müqaviləsində iştirakını dayandırdığını elan edib. Fevralın 22-də qərar Dövlət Duması və Federasiya Şurası tərəfindən təsdiqlənib.
Akif İsmayılov