Modern.az

Baxmuta əlavə qüvvələr göndərilib, vəziyyət gərgindir

Baxmuta əlavə qüvvələr göndərilib, vəziyyət gərgindir

1 Mart 2023, 00:59

Ukrayna Baxmut istiqamətinə əlavə qüvvələr cəlb edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar məlumat yayıb.

 

"Quru Qoşunlarının komandanı Aleksandr Sırski bu yaxınlarda şəhərə səfəri zamanı əlavə hissələrin köçürülməsinə qərar verib”, - məlumatda deyilir.

 

Malyar izah edib ki, Baxmutun özündə vəziyyət gərgindir: "Rusiya ordusu Donetsk bölgəsini tamamilə işğal etmək üçün əsas səylərini orada cəmləyib".

 

Onun sözlərinə görə, Baxmutu saxlamaq qərarı siyasi deyil, sırf hərbidir: "Qərarları siyasi motivlərə əsaslanmayan hərbçilər verir”.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu