Modern.az

\"Yüksək vəzifəli\" İŞİD terrorçusu Türkiyədə saxlanıldı

\

1 Mart 2023, 10:18

Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyat çərçivəsində İŞİD terror təşkilatının "yüksək vəzifəli" üzvü olduğu aşkarlanan şübhəli şəxs həbs edilib.


Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumat yayıb.

 

Belə ki, İstanbul polisinin terrorla mübarizə şöbəsi MİT-in bölüşdüyü informasiya əsasında əməliyyat keçirib.

 

Əməliyyat zamanı 2014-2018-ci illərdə Tel Abyad, Münbiç və Rakkada "qazı" olan, terror təşkilatının rəhbərlərindən biri "Abu Huzeyfe" kod adlı M.M.B. saxlanılıb.

 

Hazırda araşdırmaların davam etdiyi qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu