Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Krım yarımadasının qərbində güclü partlayışlar olub.
Modern.az "RBK Ukraine"a istinadən xəbər verir ki, silsilə partlayışlar Evpatoriyada və Çernomorskoye yaşayış məntəqələrində gecə saatlarında baş verib.
Məlumata görə, partlayışlardan biri o qədər güclü olub ki, Sevastopolun şimal hissəsində də hiss olunub.
Hazırda işğal administrasiyası tərəfindən səbəblər araşdırılır.