Modern.az

Bakı və İrəvanın sülh təşəbbüsləri Moskva ilə reallaşa bilər - XİN

Bakı və İrəvanın sülh təşəbbüsləri Moskva ilə reallaşa bilər - XİN

1 Mart 2023, 11:19

"Ermənistan və Azərbaycanın Rusiya Federasiyası ilə birgə hazırladıqları sülh təşəbbüslərinin həyata keçəcəyinə ümid var". 

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

 

"Qərbin Cənubi Qafqaza soxulmaq cəhdləri kobudluqdur. Belə bir siyasət problemin həlli üçün deyil, tam əks məqsədlərlə aparılır. Problemin Qərbin iştirakı ilə həlli mövzusunda uğurlu nümunələr yoxdur, amm kollektiv Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artmaqdadır", - deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu