Modern.az

BMT baş katibi 6 ildən sonra İraqa getdi

BMT baş katibi 6 ildən sonra İraqa getdi

Dünya

1 Mart 2023, 12:12

BMT-nin baş katibi Antonio Quterreş 6 ildən sonra ilk dəfə İraqa səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

 

O, paytaxt Bağdadda İraqın xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb. Görüşdən sonra jurnalistlərə açıqlamasında iraqlıların siyasi və təhlükəsizlik baxımından bütün çətinlikləri aşacaqlarını vurğulayıb.

 

Quterreşin İraq Prezidenti Əbdüllətif Rəşid, Baş nazir Məhəmməd Şiya əs-Sudani və hökumətin başqa üzvləri ilə görüşləri də nəzərdə tutulub

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu