Modern.az

Blinken Bəxtiyar Səidovla görüşdü - FOTOLAR

Blinken Bəxtiyar Səidovla görüşdü - FOTOLAR

Dünya

1 Mart 2023, 12:15

ABŞ dövlət katibi Antoni Blinken Özbəkistana səfəri çərçivəsində bu ölkənin XİN başçısı Bəxtiyar Səidovla görüşüb.

 

Modern.az xəbər verir ki, Səidov bu barədə tviter səhifəsində məlumat verib.

 

"Blinkenlə çox məhsuldar görüş keçirdik. Biznes mübadiləsi üçün daha yaxşı zəmin yaratmaq, Özbəkistanın bu sahədə potensialının artırılması, Mərkəzi Asiyada regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində səylərimizi birləşdirməyə razılaşdıq. ABŞ hökumətinin Özbəkistan prezidentinin islahat gündəliyinə davamlı və tam dəstəyi yüksək qiymətləndirildi", - deyə o qeyd edib.

 

Xatırladaq ki, dünən Blinken Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə də görüş keçirmişdi.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu