Modern.az

Kılıçdaroğlu: Namizədi sabah müəyyən edəcəyik

Kılıçdaroğlu: Namizədi sabah müəyyən edəcəyik

Dünya

1 Mart 2023, 12:58

Türkiyənin müxalif "Millət İttifaqı"na daxil olan Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu vahid namizədlə bağlı yeni açıqlama verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiya sədri ittifaqın vahid namizədinin sabah müəyyən ediləcəyini deyib.

 

"Namizədimizi sabah təyin edəcəyik, amma daha sonra, başqa tarixdə açıqlayacağıq", - deyə o bildirib.

 

Qeyd edək ki, seçkilərin növbədənkənar qaydada 14 mayda keçirilməsi gözlənilir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu