İran hakimiyyəti bu ölkədəki Almaniya səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib.
Modern.az xəbər verir ki, bu barədə İran XİN sözçüsü Nasir Kənani məlumat verib.
Xatırladaq ki, fevralın 22-də Almaniya hökuməti İranın Berlindəki səfirliyinin 2 əməkdaşını "arzuolunmaz şəxs" elan etmişdi.