Modern.az

Blinken G20-də rus və çinli həmkarı ilə görüşməyəcək 

Blinken G20-də rus və çinli həmkarı ilə görüşməyəcək 

Dünya

1 Mart 2023, 15:56

ABŞ dövlət katibi Entoni Blinken G20 xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehliyə səfər edəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Rusiya və Çin xarici işlər nazirləri də iştirak edəcək.

 

Məlumata görə, Blinken G20 çərçivəsində rus və ya çinli həmkarları ilə görüşməyi planlaşdırmır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu