Modern.az

422 erməni hərbçinin meyiti QAYTARILIB 

422 erməni hərbçinin meyiti QAYTARILIB 

1 Mart 2023, 17:32

44 günlük müharibədən sonra Azərbaycan tərəfi Ermənistana 173 nəfəri geri qaytarıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin ixtisaslaşdırılmış komissiyası məlumat yayıb.

 

Bildirilib ki, 422 erməni hərbçisinin meyiti və qalıqları Ermənistana qaytarılıb, onlardan 225-i sentyabr döyüşlərində ölüb.

 

"Ötən ilin sentyabrında ölən daha iki erməni hərbçinin cəsədinin aşkarlanması istiqamətində iş aparılır", - deyə məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu