Modern.az

5 nəfəri daşıyan tibbi helikopter yoxa çıxdı

5 nəfəri daşıyan tibbi helikopter yoxa çıxdı

Dünya

2 Mart 2023, 00:04

Filippində bir xəstə və bir tibb bacısı da daxil olmaqla beş nəfəri daşıyan tibbi helikopter yoxa çıxıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, helikopterin quruda və dənizdə axtarışına başlanılıb.

 

Ölkənin mülki aviasiya rəsmilərinin sözlərinə görə, pilot, xəstə, iki qulluqçu və tibb bacısı olan helikopter Palavan bölgəsindəki xəstəxanaya uçarkən yoxa çıxıb.

 

İtmiş helikopterdəki tibb bacısı istisna olmaqla, qalan heyətin hamısının filippinli olduğu bildirilib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu