ABŞ ən yaxın müttəfiqlərindən Rusiyaya hərbi dəstək verəcəyi təqdirdə Çinə qarşı sanksiyaları dəstəkləməyə hazır olmalarını xahiş edib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə, Vaşinqtonun sanksiyalarla bağlı məsləhətləşmələri hələlik ilkin mərhələdədir, lakin ABŞ bir sıra ölkələrin, xüsusən də G7-nin dəstəyini almaq istəyir. Konkret hansı sanksiyaların müzakirə olunduğu məlum deyil.
Qeyd edək ki, ötən ay ABŞ Dövlət Departamenti Çinin Rusiyaya qeyri-öldürücü hərbi yardım göstərdiyini bildirib. Vaşinqton hesab edir ki, Pekin Moskvanı silahla təmin etmək imkanlarını da araşdırır.