Modern.az

Putin Şimali Qafqaza səfər edəcək - SƏBƏB

Putin Şimali Qafqaza səfər edəcək - SƏBƏB

Dünya

2 Mart 2023, 08:42

Rusiya Prezidenti Vladimir Putin bu gün Şimali Qafqaz Federal Dairəsinə işgüzar səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Putin “Müəllimlər ili”nin açılış mərasiminin keçiriləcəyi “Maşuk” Bilik Mərkəzinə baş çəkəcək, Stavropol diyarının qubernatoru Vladimir Vladimirovla görüşəcək.

 

O, həmçinin Çeçenistan Respublikasında, Suriyada döyüş tapşırığını yerinə yetirərkən və Ukraynada xüsusi hərbi əməliyyat zamanı Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülmüş şagirdləri yetişdirmiş müəllimlərə dövlət mükafatlarını təqdim edəcək, eyni zamanda “Müəllimlər məktəbinin” iştirakçıları ilə görüşəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu