Vyetnamın yeni prezidenti seçilib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Vyetnamın Milli Assambleyasınının sədri Vuonq Dinh Hue bildirib.
Belə ki, birpalatalı parlament olan Vyetnam Sosialist Respublikasının Milli Assambleyası Siyasi Büro üzvü, hakim Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyinin daimi üzvü Vo Van Tuonqu ölkənin yeni prezidenti seçib.
Qeyd edək ki, ölkənin eks-prezidenti Nquen Suan Fuk yanvarda istefa vermişdi.