Modern.az

Putin Bryanskdakı hadisəni terror adlandırdı - YENİLƏNİB

Putin Bryanskdakı hadisəni terror adlandırdı - YENİLƏNİB

Dünya

2 Mart 2023, 16:16

Rusiya prezidenti Vladimir Putin Braynskda baş verən hadisələri terror aktı adlandırıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, o, hadisəni törədənləri tənqid edib.

 

“Bunlar bizi tarixi yaddaşdan məhrum etməyi, öz tarixlərindən, adət-ənənələrindən, dillərindən məhrum etməyi qarşılarına vəzifə qoyan insanlardır”, - deyə Putin bildirib.

 

Xatırladaq ki, bu gün Rusiyanın Ukrayna ilə həmsərhəd Bryansk vilayətində atışma qeydə alındığı, iki nəfərin girov götürüldüyü barədə Kremlə yaxın mətbuat orqanları iddialar tirajlanmışdı. Ukrayna tərəfi məlumatı təkzib edib, belə bir hadisənin baş vermədiyini açıqlayıb.

 

***

14:12

 

Rusiya prezidenti Vladimir Putin tezliklə Təhlükəsizlik Şurasının fövqəladə toplantısını keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Bildirilib ki, əsas mövzu Bryanskdakı hadisələrin müzakirəsi olacaq. Məsələ ilə bağlı Putinin Şimali Qafqaza səfəri təxirə salınıb.

 

Qeyd edək ki, bu gün Rusiyanın Ukrayna ilə həmsərhəd Bryansk vilayətində atışma qeydə alındığı, iki nəfərin girov götürüldüyü barədə rəsmi Kiyev tərəfindən təsdiqlənməmiş iddialar tirajlanmışdı. Rusiya Federal Təhlükəsizlik Xidməti isə hadisəni törədənlərin zərərsizləşdirilməsi istiqamətində işlər görüldüyü barədə açıqlama yayıb.

Bu xəbər ilə bağlı
Braynskla bağlı iddialar, Zaporojyeyə raket zərbələri - Vəziyyət gərgindir, ölənlər var
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu