Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın Bryansk şəhərində hadisələrin baş verməsi barədə iddiaları təkzib edib.
Modern.az xəbər verir ki, müşavir bu haqda tviter səhifəsində yazıb.
"Rusiyadakı sabotaj qrupu ilə bağlı hekayə klassik bir qəsdli təxribatdır. Rusiya başqa bir ölkəyə etdiyi hücuma və müharibə ilindən sonra artan yoxsulluğa haqq qazandırmaq üçün xalqını qorxutmaq istəyir. Rusiyadakı partizan hərəkatı güclənir və daha aqressiv hala gəlir. Partizanlardan qorxun...", - Podolyak qeyd edib.
Xatırladaq ki, bu gün Rusiyanın Ukrayna ilə həmsərhəd Bryansk vilayətində atışma qeydə alındığı, iki nəfərin girov götürüldüyü barədə Kremlə yaxın mətbuat orqanları iddialar tirajlanmışdı. Rusiya Federal Təhlükəsizlik Xidməti isə hadisəni törədənlərin zərərsizləşdirilməsi istiqamətində işlər görüldüyü barədə açıqlama yaymışdı. Məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinin tezliklə Təhlükəsizlik Şurasının fövqəladə toplantısını keçirəcəyinə dair məlumat verilmişdi.
The story about ??sabotage group in RF is a classic deliberate provocation. RF wants to scare its people to justify the attack on another country & the growing poverty after the year of war. The partisan movement in RF is getting stronger & more aggressive. Fear your partisans...
— Михайло Подоляк (@Podolyak_M) March 2, 2023