Modern.az

İranın Qafandakı yeni baş konsulu Ermənistan rəsmisi ilə görüşdü

İranın Qafandakı yeni baş konsulu Ermənistan rəsmisi ilə görüşdü

2 Mart 2023, 17:48

İranın Qafandakı yeni baş konsulu Abedin Varamin Ermənistan İstintaq Komitəsinin rəis müavini Arsen Ayvazyanla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Diplomat Tehranın Ermənistan İstintaq Komitəsi ilə baş konsulluq vasitəsilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

 

"O, söhbətində iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən danışıb", - deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, İran ötən il Qafanda baş konsulluq açıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu