Modern.az

Qatar qəzasında ölənlərin sayı 60-a çatır 

Qatar qəzasında ölənlərin sayı 60-a çatır 

2 Mart 2023, 23:07

Yunanıstanda baş verən qatar qəzasında həlak olanların sayı 57 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə ERT telekanalı məlumat yayıb.

 

Toqquşan qatarların ilk vaqonların tamamilə sıradan çıxdığı bildirilib. Bundan əlavə, qəzada 56 nəfər itkin düşmüş hesab edilir.

 

Qeyd edək ki, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarı toqquşub. Qəzadan sonra paytaxt Afinada etirazlar başlayıb, nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edib.

 

Yunanıstan hökuməti ölkə tarixində ən dəhşətli qatar qəzasından sonra üçgünlük matəm elan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu