Modern.az

Gürcüstanda etiraz aksiyası - Saxlanılanlar var 

Gürcüstanda etiraz aksiyası - Saxlanılanlar var 

2 Mart 2023, 23:22

Gürcüstan parlamenti yaxınlığında xarici agentlər haqqında qanun layihəsinə qarşı etiraz aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə yerli "Formula" telekanalı məlumat yayıb.

 

Hüquq-mühafizə orqanları aksiya zamanı bir neçə nəfəri saxlayıb.

 

Deputatlar xarici agentlər haqqında qanun layihəsini müzakirə etməyə başladıqdan sonra bir neçə yüz adam parlamentin qarşısına toplaşıb. Daha sonra parlamentin yaxınlığında vəziyyət gərginləşməyə başlayıb, əraziyə əlavə polis qüvvələri səfərbər edilib, bir neçə nəfər saxlanılıb.

 

Qeyd edək ki, qalmaqallı qanun layihəsi Gürcüstan parlamentində etirazlara səbəb olub. Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri-hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar. 

 

Gürcüstan müxalifəti, prezident, ABŞ Dövlət Departamenti, Avropa İttifaqının Xarici Xidməti, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və BMT-nin Gürcüstandakı ofisi qanun layihəsini tənqid edib.

 

Akif İsmayılov 

Bu xəbər ilə bağlı
Gürcüstan parlamentində əlbəyaxa dava düşdü - VİDEO
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu