Modern.az

Braziliyadan Ukraynaya DƏSTƏK - Prezidentlər telefonla danışdı

Braziliyadan Ukraynaya DƏSTƏK - Prezidentlər telefonla danışdı

3 Mart 2023, 00:34

Ukrayna Prezidenti Volodimir Zelenski braziliyalı həmkarı Luis İnasiu Lula da Silva ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün “Twitter“ hesabında məlumat yayıb.

 

O, Ukraynanı dəstəklədiyinə görə Lula da Silvaya təşəkkür edib.

 

“Biz dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin qorunmasının vacibliyini qeyd etdik", - Zelenski qeyd edib.

 

Onun sözlərinə görə, tərəflər Ukraynaya və dünyaya sülh gətirmək üçün diplomatik səyləri müzakirə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu