Modern.az

4 ölkə BMT-də islahatlar aparmağa ÇAĞIRDI

4 ölkə BMT-də islahatlar aparmağa ÇAĞIRDI

3 Mart 2023, 11:03

Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasını tələb edib.

 

Modern.az xəbər verir ki, bu barədə nazirlərin birgə bəyanatında qeyd olunub.

 

“Biz BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının genişləndirilməsi də daxil olmaqla, hərtərəfli islahat gündəliyi vasitəsilə BMT-nin gücləndirilməsinə sarsılmaz öhdəliyimizi bir daha təsdiqləyirik”, - nazirlər bildirib.

 

Bəyanatda qeyd edilib ki, dörd ölkə BMT Təhlükəsizlik Şurasının “daha ​​effektiv, təmsilçi və etibarlı” olması məqsədilə islahatların aparılması üçün danışıqlar prosesində “aktiv və konstruktiv” iştirak etməyi öhdələrinə götürürlər.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu