Modern.az

İrəvan Bakının təklifi ilə bu şərtlə razılaşıb - Paşinyan açıqladı

İrəvan Bakının təklifi ilə bu şərtlə razılaşıb - Paşinyan açıqladı

3 Mart 2023, 12:13

Ermənistanla Azərbaycan arasında danışıqlar üç əsas istiqamətdə gedir.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Berlindəki çıxışı zamanı deyib.

 

Paşinyanın sözlərinə görə, qeyd olunan istiqamətlər münasibətlərin normallaşmasına dair razılaşma, regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin blokadadan çıxarılması, sərhədlərin delimitasiyası və təhlükəsizlikdir.

 

O əlavə edib ki, Ermənistan Bakı ilə Qarabağ erməniləri arasında müzakirə mexanizminin formalaşacağı məntiqi çərçivəsində Qarabağ məsələsini Ermənistan-Azərbaycan normallaşma prosesindən ayırmağa razılaşıb.

 

Paşinyan vurğulayıb ki, indi sülh gündəliyi ilə bağlı konkret mandat var: “Biz bütün diqqətimizi bu mandatın həyata keçirilməsinə yönəltmişik. Bizim beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacımız var”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır