Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti Yunanıstana səfər edəcək.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Qriqoryan köməkçisi Sevak Qaqramyan və müşaviri Arşak Musaxanyanla birlikdə martın 9-da Afinaya gedəcək.
Səfər çərçivəsində Ermənistan nümayəndə heyətinin işgüzar görüşləri gözlənilir.