Modern.az

Mirzoyan Aİ rəsmisi ilə normallaşma prosesindən DANIŞDI

Mirzoyan Aİ rəsmisi ilə normallaşma prosesindən DANIŞDI

3 Mart 2023, 13:28

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel ilə İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesi ilə bağlı son vəziyyəti müzakirə edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumat yayıb.

 

Həmçinin Laçın dəhlizindəki son durum ətrafında fikir mübadiləsi aparılıb.


Tərəflər Ermənistan-Avropa İttifaqı tərəfdaşlığı gündəliyindəki məsələlər ətrafında da danışıb. Fevralın 20-də Ermənistanda rəsmi fəaliyyətə başlayan Aİ-nin mülki monitorinq missiyasının fəaliyyəti müzakirə mövzularından biri olub.

 

O da vurğulanıb ki, Mirzoyan və Borel regional və beynəlxalq təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu