Özbəkistan prezidenti Şavkat Mirziyoyev və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev görüşüblər.
Modern.az "Kazinform" agentliyinə istinadən xəbər verir ki, görüş Mirziyoyevin Qazaxıstana səfəri çərçivəsində Şımkənd şəhərində keçirilib.
Tərəflər Kasım-Jomart Tokayevin 2022-ci ilin dekabrında Daşkəndə dövlət səfəri nəticəsində əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər.
Prezidentlər ticarət-iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetiriblər. Həmçinin qarşılıqlı ticarətin artırılması, investisiyaların cəlb edilməsi, sənaye, enerji, kənd təsərrüfatı, nəqliyyat və logistika sektorlarında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.
***
14:25
Özbəkistan prezidenti Şavkat Mirziyoyev və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev qeyri-rəsmi görüş keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə "Kun.uz" məlumat yayıb.
Bildirilib ki, bu gün - martın 3-də Mirziyoyevin Qazaxıstana səfəri çərçivəsində bu ölkənin Şımkənd şəhərində tərəflərin müzakirə aparması nəzərdə tutulur.
Ölkə başçıları qarşılıqlı maraq doğuran məsələləri, eləcə də Qazaxıstan-Özbəkistan münasibətləri ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, bundan əvvəl Özbəkistan prezidenti Bakıda səfərdə idi.