Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistanın paytaxtı Yeni Dehlidə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmsöhbətlər regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıb, Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər.
Görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin və üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə sadiqliyin zəruriliyi vurğulanıb.
Tərəflər həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, sərhədlərin delimitasiyası və təhlükəsizliyi, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərinə toxunublar.