"Gəldiyimiz nöqtədə İYİ Partiya dalana dirənmiş, məcburiyyət qarşısında qoyulmuş, ölümlə malyariya arasında seçim zorunda buraxılmışdır. Əlbəttə, buna boyun əyməyəcəyik. "Pencəyimi assam, namizəd edərəm" deyənlərin qarşısında dim-dik dururuq, durmağa davam edəcəyik".
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin İYİ Partiya sədri Meral Akşener deyib.
"Üzülərək söyləyirəm ki, dünəndən etibarən "Altılı Masa" artıq millət iradəsini qərarlarında əks etdirmə qabiliyyətini itirmişdir. "Altılı Masa" artıq potensial namizədlərin müzakirə oluna biləcəyi ortaq ağıl platformu olmaqdan çıxmış, tək bir namizədin təsdiqi üçün çalışan bir notarius masasına çevrilmişdir", - deyə o bildirib və bununla da İYİ Partiyadan çıxdığı elan edilib.
O, İstanbul və Ankara bələdiyyələrinin sədrləri Ekrem İmamoğlu və Mansur Yavaşın namizədliyini irəli sürdüyünü, lakin ittifaqa daxil olan digər 5 partiyanın təklifi rədd etdiyini də açıqlayıb.
Qeyd edək ki, dünən "Altılı Masa"nın toplantısında vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verilmişdi. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq, siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.