Modern.az

CHP fövqəladə toplantı keçirəcək

CHP fövqəladə toplantı keçirəcək

3 Mart 2023, 17:12

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) idarə heyətinin fövqəladə toplantısı keçiriləcək.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toplantıda partiya sədri Kamal Kılıçdaroğlu və paytaxt Ankarada olan İH üzvləri iştirak edəcəklər.

 

Gündəlikdəki əsas mövzuların seçkilər, vahid namizəd və İYİ Partiyanın "Altılı Masa"nı tərk etməsi olması gözlənilir.

 

Qeyd edək ki, dünən "Altılı Masa"nın toplantısında vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verilib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq, siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.

 

İYİ Partiya idarə heyəti Kılıçdaroğlunun namizədliyinin qəbul edilməməsi barədə qərar verib, daha sonra isə sədr Meral Akşener "Altılı Masa"nı tərk etdiklərini elan edib.

Bu xəbər ilə bağlı
Kılıçdaroğludan Akşenerin qərarına REAKSİYA: Heç narahat olmayın!
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?