Modern.az

ABŞ bazasında Ukraynanın əks-hücumu müzakirə olundu

ABŞ bazasında Ukraynanın əks-hücumu müzakirə olundu

3 Mart 2023, 17:54

Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri Almaniyadakı ABŞ hərbi bazasında əks-hücumla bağlı bir neçə variantı nəzərdən keçiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə "New York Times" nəşri yazıb.

 

Variantların üzərində müfəssəl şəkildə işlənilib. Toplantıda yüksək rütbəli ABŞ generallarının da iştirak etdiyi qeyd olunub. Bundan əlavə, risk və təhdidlər də qiymətləndirilib.

 

Həmçinin bildirilib ki, əsas mövzulardan biri isə Ukraynanın NATO hərbi sisteminə adaptasiya prosesi olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu