Modern.az

Davudoğlu komandasını seçki müzakirəsinə toplayır

Davudoğlu komandasını seçki müzakirəsinə toplayır

Dünya

3 Mart 2023, 18:13

Türkiyənin keçmiş baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu sabah komandası ilə iclas keçirəcək.

 

Modern.az xəbər verir ki, o, partiyanın sədr müavinləri ilə müxalifətin prezident postuna namizədini müzakirə edəcək.

 

İclasın sabah saat 11:00-da partiyanın qərargahında keçiriləcəyi bildirilir.

 

Qeyd edək ki, Türkiyə müxalifətinin "Altılı masa" adlandırılan siyasi bloku vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və bu gün millətçi İYİ partiyası blokdan çıxdığını açıqlayıb. Partiya sədri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu