Modern.az

Lavrov gülüş obyektinə çevrildi - VİDEO

Lavrov gülüş obyektinə çevrildi - VİDEO

3 Mart 2023, 22:52

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanda keçirilən panel iclasında çıxış edib.

 

Modern.az xəbər verir ki, XİN başçısı Yeni Dehlidə keçirilən tədbirdə Rusiyaya qarşı müharibə başladıldığını bildirib.

 

O deyib ki, "Rusiya üzləşdiyi müharibənin qarşısını almağa çalışır". Lavrovun çıxışı salondakı iştirakçıların gülüşünə səbəb olub. 

 

Qeyd edək ki, Rusiyanın XİN başçısı Seygey Lavrov Hindistanda “Böyük iyirmilik” (G20) qrupuna üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin Zirvə görüşündə iştirak edib. Onun müharibə ilə bağlı çıxışı Qərb mediasında sərt tənqidlərə tuş gəlib. Lavrovun guya Rusiyanın hücuma məruz qalmasını bildirməsi, Moskvanın Ukraynada apardığı müharibəyə özünəməxsus şəkildə haqq qazandırmaq niyyəti kimi qiymətləndirilib. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?