Modern.az

Yanacaq anbarında yanğın - 14 nəfər öldü 

Yanacaq anbarında yanğın - 14 nəfər öldü 

Dünya

3 Mart 2023, 23:15

İndoneziyanın paytaxtı Cakartada "Petramina" şirkətinə məxsus yanacaq anbarında güclü yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Kompas" nəşri yazıb.

 

Bildirilib ki, hadisə nəticəsində 14 nəfər həlak olub. Nəşrin məlumatına görə, ən azı 42 nəfər yaralanıb və təcili yardımla xəstəxanaya çatdırılıblar.

 

Məlumatda yanğının yanacaq qəbul edən borunun alışması nəticəsində baş verdiyi qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu