Qərb ölkələri Ukraynaya lazım olsa, döyüş təyyarələrini təhvil verməlidir.
Modern.az xəbər verir ki, bu barədə Latviyanın baş naziri Krisjanis Karins məlumat verib.
Baş nazir Ukrayna Silahlı Qüvvələrinə qırıcıların verilməsinin “zaman məsələsi” olduğunu bildirib.
“Döyüş təyyarələrinin çatdırılması sadəcə zaman məsələsidir. Mən başa düşə bilmirəm ki, Qərb niyə qırıcı təyyarələr verməsin”, – Krisjanis Karins deyib .