Anadolu magistralının Kocaeli hissəsində müxtəlif nöqtələrdə baş verən zəncirvari qəzalar səbəbindən İstanbul istiqamətində nəqliyyatın hərəkəti dayanıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, avtomobil yolunun İstanbul istiqamətindəki Çenedere hissəsində sərnişin avtobusları, yük maşınları və avtomobillərin iştirakı ilə 3 ayrı yol qəzası baş verib.
Qəzalarda yaralananlar ətrafdakı xəstəxanalara çatdırılıb. Bir-birinə yaxın nöqtələrdə baş verən qəzalara görə İstanbul yolu nəqliyyata bağlanıb.