Gürcüstanın baş naziri İrakli Qaribaşvili nümayəndə heyəti ilə birlikdə Almaniyaya gedib.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.
Bildirilib ki, Berlində o, gələcəkdə Gürcüstanın da ev sahibi olacağı dünyanın ən böyük “ITB Berlin 2023” turizm sərgisinin rəsmi açılış mərasiminə qatılacaq.
Qeyd edək ki, martın 7-dən 9-dək koronavirus pandemiyasından sonra ilk dəfə "ITB Berlin" ticarət sərgisi ənənəvi formatda keçiriləcək.