Avropa İttifaqı müdafiə sektorunu gücləndirmək üçün Moldovaya mülki missiya göndərməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə "Welt am Sonntag" nəşri yazıb.
Qəzetin yazdığına görə, ölkə hökuməti yanvarın 28-də kömək istəyi ilə Brüsselə müraciət edib və hazırda Aİ bu ay hazırlanmalı olan böhranın idarə edilməsi konsepsiyası üzərində işləyir. Missiyanın yayın əvvəlində işə başlayacağı gözlənilir.
Bu çərçivədə Aİ-yə üzv ölkələrin, əsasən, məhkəmə, polis və gömrük orqanlarından ibarət inzibati heyəti Moldovaya təhlükəsizlik sektoru məsələləri, həmçinin kiberhücumlar və dezinformasiya ilə mübarizə barədə məsləhətlər verəcək.
Qeyd edək ki, hazırda Aİ-nin başqa bir mülki missiyası Ermənistanda fəaliyyət göstərir.