Modern.az

Xüsusi təyinatlılara \"TikTok\" QADAĞASI

Xüsusi təyinatlılara \

5 Mart 2023, 19:23

Britaniya Xüsusi Təyinatlı Qüvvələrinin hərbçilərinə Çinin "TikTok" sosial şəbəkəsindən istifadə etmək qadağan olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

 

Bildirilib ki, xüsusi təyinatlı hərbçilərə şəxsi telefonlarında proqramlardan istifadə etməmək tövsiyə olunur. Qadağanın təhlükəsizlik məsələləri ilə bağlı olduğu deyilir.

 

Diqqətə çatdırılıb ki, sosial şəbəkə proqramının məxsus olduğu şirkət Xüsusi Təyinatlı Qüvvələrin üzvləri, Böyük Britaniyada və xaricdəki gizli yerləri barədə Çin və Rusiya kimi ölkələrə məlumat ötürə bilər.

 

Xatırladaq ki, Qərb ölkələri Çinin "ByteDance" şirkətinə məxsus "TikTok" sosial şəbəkə proqramında istifadəçilərin təhlükəsizliyinin təmin edilməməsi barədə narahatlıqlarını ifadə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?