Ermənistan Baş Qərargahının rəhbəri Edvard Asryan hindistanlı həmkarı Anil Çauhan ilə görüşüb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən görüşdə ölkələr arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
"Asryan Hindistanın Milli Təhlükəsizlik Şurasındakı müzakirələrdə Ermənistanın təhlükəsizliyinə qarşı maneələrdən də danışıb", - deyə məlumatda bildirilib.