Modern.az

Rusiya Xerson və Donetski atəşə tutdu - Ölən və yaralananlar var

Rusiya Xerson və Donetski atəşə tutdu - Ölən və yaralananlar var

Dünya

7 Mart 2023, 11:43

Rusiya qüvvələri son sutka ərzində Ukraynanın Xerson vilayətini 65 dəfə atəşə tutub.

 

Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

 

Bildirilib ki, “Qrad” və ağır artilleriya qurğularından 354 mərmi atılıb, 18 mərmi yaşayış məntəqələrinə, fərdi və yaşayış binalarına düşüb. Atışma nəticəsində 4 nəfər yaralanıb.

 

Həmçinin Donetsk vilayətinin də hücuma məruz qaldığı qeyd olunub. Vilayətin Maksimilyanovka yaşayış məntəqəsində 1 sakin həyatını itirib, daha 7 nəfər yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu